• Şəkillərin minimal sayı — 4 ədəd
  • Binanın birinci mərtəbədən başlamaqla tam şəklinin olması mütləqdir
  • Şəkillərin optimal ölçüləri — 800 x 600 pikseldir
Qaydalar
  1. Pulsuz Elan: Bir ay ərzində eyni nömrədən 1 pulsuz (təkrar olmayan) elan yerləşdirmək olar.

  2. Elan Dəyişdirmək: Elanı başqa bir elanla əvəz etmək qadağandır. Saytda artıq mövcud olan daşınmaz əmlakın təkrarən yerləşdirilməsi yalnız ödənişli əsaslarla mümkündür. Bir istifadəçi eyni daşınmaz əmlak obyektini yalnız bir dəfə yerləşdirə bilər.

  3. Ödənişli Elanlar: Əgər siz 1 ay ərzində 2 və daha artıq elan yerləşdirmək istəsəniz, hər növbəti elanın qiyməti - 5 AZN olacaq.

  4. Silinmə: Elanlar vaxtından əvvəl silinsə də, nömrə üçün nəzərdə tutulmuş ödənişsiz yer, elan dərc ediləndən 30 gün sonra bərpa edilir.

  5. Ödənişin Geri Qaytarılması: Millibazar.az saytında istifadə etdiyiniz ödənişli xidmətlər üçün nəzərdə tutulan məbləğ geri qaytarılmır.

  6. Əlaqə Vasitələri: Zəhmət olmasa elanı yerləşdirən zaman əlaqə vasitələrini (telefon nömrəsi, e-mail ünvanı) düzgün qeyd edin. Telefon nömrəsi ilə bağlı heç bir dəyişiklik həyata keçirilmir.

  7. Məlumatlar: Elanınızla bağlı bütün məlumatlar sizin e-mail ünvanınıza göndərilir.

  8. Məlumatların Yazılması: Əmlakın təsvirində məlumatları böyük hərflərlə yazmaq, həmçinin telefon nömrəsi, e-mail ünvanı və şirkət haqqında xidmətləri yazmaq qadağandır.

  9. Şəkil Tələbləri: Əmlakın fasad (günorta vaxtı çəkilmiş) və otaq şəkilləri mütləq olmalıdır. Üzərində millibazar.az saytı da daxil olmaqla digər saytların loqotipləri olan şəkillər qəbul edilməyəcək.

  10. Qiymət: Qiymət tam qeyd edilməlidir. (Qiyməti ilkin ödəniş və ya 1 sot, 1 m² üçün yazmaq olmaz)

  11. Ünvan: Ünvanı xəritədə dəqiq göstərməyiniz vacibdir.

  12. Vasitəçilər: Fərqli vasitəçi və şirkətlər eyni elanı ödənişli yerləşdirə bilərlər.